Naxçıvan MR GEM üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan MR GEM üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası (MR) Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Bina ilə tanışlıq zamanı məlumat verilib ki, mərkəzə ümumilikdə 66 adda 156 müxtəlif müasir tibbi cihaz təqdim olunub, həmçinin kompüterlər, printerlər və avtomobillər alınıb. Binaya fiber-optik xətt çəkilib, o, elektron sənəd dövriyyəsi sisteminə qoşulub. Burada 6 laboratoriya, elektron lövhəli, 72 yerlik iclas zalı, iş və sinif otaqları, 2 soyuducu kamerası olan anbar və yardımçı otaqlar vardır. Mərkəzdə gigiyena, epidemiologiya, xüsusi təhlükəli infeksiyalar və ümumi laboratoriya şöbələri, təşkilati-metodik və ictimai sağlamlıq, sanitar karantin və dezinfeksiya bölmələri, xüsusi təhlükəli virusoloji, xüsusi təhlükəli bakterioloji, parazitoloji, toksikoloji, ümumi bakterioloji-seroloji, ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərir.
Mərkəzə baxışdan sonra iclas zalında tədbir keçirilib.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək, əhalinin sağlamlığının qorunmasında gigiyena və epidemiologiya tədbirlərinin mühüm əhəmiyyətini vurğulayıb. Bildirib ki, müstəqillik illərində muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi bu məsələ diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikasında dövlət sanitariya nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi və onun 7 rayon şöbəsi tərəfindən həyata keçirilir. Ali Məclisin Sədri səmərəli fəaliyyətlərinə görə MR GEM-in kollektivinə təşəkkür edib, tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Naxçıvan MR səhiyyə nazirinin müavini - Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək muxtar respublikada əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Qeyd edib ki, vaxtında aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsində muxtar respublika əhalisi arasında yoluxucu xəstəliklər minimum həddə endirilib, poliomielit, difteriya və malyariya xəstəlikləri qeydə alınmır. Son illər Sədərək, Babək, Şahbuz, Ordubad, Şərur rayon gigiyena və epidemiologiya şöbələri zəruri müasir tibbi avadanlıqlarla təmin edilmiş yeni binalara köçürülüb. Culfa rayon şöbəsində isə yenidənqurma işləri aparılır.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıq verib.
NDU-nun rektoru Elbrus İsayev universitetin müvafiq ixtisasında təhsil alan tələbələr üçün GEM-in baza rolunu oynayacağına görə minnətdarlığını bildirib.
Sonra 2-si Gigiyena və Epidemiologiya Mərkəzi, 7-si rayon şöbələri, 1-i Naxçıvan Şəhər Bələdiyyəsi üçün olmaqla, 10 avtomobilin təqdimatı olub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova