Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb

Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. COVID-19-la mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə beynəlxalq təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksəksəviyyəli görüşlərinin keçirildiyi, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Həmçinin ölkəmizin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bununla əlaqədar olaraq beynəlxalq səviyyədə səsini ucaltdığı vurğulanıb.
Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyi ilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib. O, ÜST-nin regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğunu bildirib.
Ceyhun Bayramov əməkdaşlığın genişləndirilməsi baxımından səfərlərin vacibliyini qeyd edib, regional direktorun bölgəmizə səfərinə önəm verildiyini bildirib. Nazir həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti, gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib, bərpa layihələrində ÜST-nin, eləcə də BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.
Görüşdə tərəflər Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi də aparıblar.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova