Valyuta.com

Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısının təşkilinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə və İƏT-in Baş Katibliyinə təşəkkür bildirib. Qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir: “Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib. Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib”.
Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ardıcıl şəkildə dəstəkləndiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, biz bunu yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində hər zaman İƏT üzv ölkələrini dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.
Azərbaycan Prezidenti bildirib ki, COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb: “Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil edib. Biz həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib”.
Prezident İlham Əliyev vurğulayıb ki, “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”.
Dövlətimizin başçısı həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlamasından, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə, Qoşulmama Hərəkatının bəyannamələrinə məhəl qoymamasından danışıb. Torpaqlarımızı işğaldan azad etmək üçün apardığımız Vətən müharibəsi zamanı İƏT tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndirib: “İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm”. Azərbaycan Prezidenti İƏT-in Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi təşəkkür edib.
Prezident İlham Əliyev həmçinin toplantının mövzusuna uyğun olaraq Azərbaycanın elm və texnologiya sahəsində uğurlarından danışıb, vurğulayıb ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova