Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər.
Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub.
Teymur Musayev diqqətə çatdırıb ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, işbirliyini inkişaf etdiririk və səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin yüksək texnoloji sahələrində - virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş digər istiqamətlərdə əməkdaşlığımız konstruktivdir”.
Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının, eləcə də bu ölkənin yüksək keyfiyyətli tibbi avadanlıqlarından Azərbaycanda istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkənin səhiyyə nazirlikləri arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə həm Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də birbaşa əlaqələrin önəmi qeyd edilib. Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova