Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata müşahidəçi üzv qəbul edilib

Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata müşahidəçi üzv qəbul edilib

Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şura tərəfindən virtual assambleya təşkil olunub və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) həmin tədbirdə iştirak üçün dəvət alıb.
Bu barədə AEM-dən bildirildiyinə görə, Assambleyada Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə Şuranın Katibliyinin və assambleya iştirakçılarının səsverməsi nəticəsində Analitik Ekspertiza Mərkəzi müşahidəçi üzv qismində Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya qəbul edilib.
Qeyd edək ki, AEM bu ilin fevral ayında Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya müşahidəçi qismində üzv olmaq üçün ərizə ilə müraciət etmişdi.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova