Sentyabrda 33 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) sentyabrda Bakı şəhəri üzrə 24, digər rayonlar üzrə 9 aptek olmaqla, ümumilikdə 33 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirib. Bu barədə AEM-dən verilən məlumatda bildirilir ki, yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə 4 protokol tərtib edilib.31-10-2022, 09:22




