Pakistan səfiri Analitik Ekspertiza Mərkəzində olub

Pakistan səfiri Analitik Ekspertiza Mərkəzində olub

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) olub. AEM-dən bildirildiyinə görə, görüşdə iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin, inkişaf dinamikasının daha da artırılmasının prioritet istiqamətlərdən olduğu qeyd edilib.
Mərkəzin baş direktoru Murad Süleymanov görüşdə ölkəmizdə əczaçılıq sahəsi üzrə görülən işlərdən danışıb, eyni zamanda, səfirin mərkəzin fəaliyyətinə və səlahiyyətlərinə aid olan suallarını cavablandırıb.
Tərəflər əməkdaşlığın davamlı olması məqsədilə əczaçılıqla bağlı əhəmiyyətli məsələləri müzakirə ediblər. Hər iki ölkənin əczaçılıq sahəsində tənzimləyici qurumları arasında əməkdaşlıq və anlaşma memorandumunun imzalanması təklifi irəli sürülüb, memorandumun layihəsi səfirə təqdim olunub.
AEM-in rəhbərliyi səfirə qardaş Pakistan dövləti ilə əməkdaşlığa daim hazır olduqlarını bildirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova