İnsanın rezus statusu dəyişə bilər

İnsanın rezus statusu dəyişə bilər

Məlumdur ki, insan qanı tək qruplara (I, II, III və ya IV qan qrupu) görə deyil, həm də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur. Hesab edilirdi ki, qan qrupu və rezus statusu anadangəlmə və ömürlükdür. İndi isə bəlli olub ki, qan qrupu insanın həyatı boyunca dəyişməz qalsa da, rezus faktoru gözlənilmədən dəyişə bilər. Bu, Vyana Tibb Universitetinin bir qrup aliminin apardığı tədqiqat nəticəsində müəyyən edilib.
Tədqiqat qrupunun rəhbəri Günter Körmöçi bildirib ki, tibbi praktikada qan dövranında tez-tez həm müsbət, həm də mənfi rezus faktorlu qan hüceyrələrini daşıyan pasiyentlərə rast gəlmək mümkündür. Eyni şəxsdə qarışıq rezus faktoru qəfil baş verən genetik mutasiya nəticəsində əmələ gəlir.
G.Körmöçi bildirib ki, qarışıq rezus faktoru pasiyentlərdə ötən əsrin 60-cı illərində müşahidə edilsə də, alimlər bunun dəqiq izahını verə bilməmişdilər və bütün hallar qan xəstəlikləri ilə (leykoz və s.) izah edilirdi. Lakin avstriyalı alimlər müşahidə ediblər ki, bir sıra pasiyentlər qanda eritrositlərdə xüsusi antigenləri, yəni müsbət rezus faktorunu yaş artdıqca itirə bilirlər və bu halda bədənin hansısa bir hissəsində qan hüceyrələrində rezus faktoru mənfiyə çevrilir. Müəyyən edilib ki, belə pasiyentlərin yarısında qan xəstəliyi yoxdur, bu, yalnız orqanizmin yaşlanması fonunda baş verən genetik mutasiyadır.
Həmçinin bəlli olub ki, qanda rezus faktorundakı dəyişiklik, əvvəl hesab edildiyi kimi, təkcə qanyaradıcı (hemopoetik) kök hüceyrələrdə deyil, eyni zamanda, çoxxassəli (pluripotent, asanlıqla yerləşdiyi toxumanın formasını ala bilən) kök hücəyrələrdə də rast gəlinir.
Alimlərin rəyinə görə, rezus faktorunun müsbətdən mənfiyə dəyişməsi yaşı 65-dən yuxarı şəxslərdə heç də nadir hadisə deyil və hər 500 nəfərdən birində bu hala rast gəlmək mümkündür.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova