Sentyabrda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 4 müraciət olub

Sentyabrda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 4 müraciət olub

“İsti günlər arxada qalsa da, hələ də ara-sıra şöbəyə ilansancma ilə əlaqədar müraciətlər olur. Sentyabr ayında şöbəmizə belə hadisələrlə bağlı 4 müraciət daxil olub”. Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, Toksikologiya şöbəsinə ilansancma ilə əlaqədar apreldə 6, mayda 21, iyunda 29, iyulda 24, avqustda isə 12 müraciət daxil olub. Zərərçəkənlərin 14 nəfəri uşaq olub. Həmçinin 27 nəfər əqrəb, 14 nəfər qaraqurd sancması ilə əlaqədar müalicə alıb. Onların hamısı müalicə edilərək sağalıb və evə yola salınıb.
A.Maqsudov bildirib ki, ilan, əqrəb və qaraqurd sancması ilə əlaqədar paytaxtda müalicə alanlar arasında ölüm halları baş verməyib. Lakin, təəssüf ki, regionlarda həmin hadisələrdən zərərçəkənlər arasında ölüm hadisəsi qeydə alınıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova