ÜST Hindistanda xalq təbabəti üzrə Qlobal Mərkəz yaradır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Hindistan hökuməti arasında ali səhiyyə qurumunun xalq təbabəti üzrə Qlobal Mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Hindistan hökumətinin 250 milyon ABŞ dolları məbləğində investisiya ayırdığı xalq təbabəti sahəsində bu qlobal bilik mərkəzi insanların və ümumilikdə planetin sağlamlığının yaxşılaşdırılması üçün müasir elm və texnologiya vasitəsilə bütün dünya naminə xalq təbabətinin potensialından istifadənin təmin olunmasına xidmət edəcək.31-03-2022, 12:58




