ÜST Hindistanda xalq təbabəti üzrə Qlobal Mərkəz yaradır

ÜST Hindistanda xalq təbabəti üzrə Qlobal Mərkəz yaradır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Hindistan hökuməti arasında ali səhiyyə qurumunun xalq təbabəti üzrə Qlobal Mərkəzinin yaradılması haqqında saziş imzalanıb.
Hindistan hökumətinin 250 milyon ABŞ dolları məbləğində investisiya ayırdığı xalq təbabəti sahəsində bu qlobal bilik mərkəzi insanların və ümumilikdə planetin sağlamlığının yaxşılaşdırılması üçün müasir elm və texnologiya vasitəsilə bütün dünya naminə xalq təbabətinin potensialından istifadənin təmin olunmasına xidmət edəcək.
Qiymətləndirmələrə görə, dünya əhalisinin 80 faizi xalq təbabətindən istifadə edir. Bu günədək ÜST-nin 194 üzv dövlətindən 170-i xalq təbabətinin tətbiq edilməsi barədə məlumat verib və onların hökumətləri xalq təbabətinin təcrübələri və məhsulları ilə bağlı inandırıcı faktiki materiallar və məlumatlar toplusunun yaradılmasında dəstəklə bağlı təşkilata müraciət edib.
“Bütün dünyada milyonlarla insan üçün xalq təbabəti bir çox xəstəliklərin müalicəsində birinci növbəli vasitədir", - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus qeyd edib: “Hər kəsə təhlükəsiz və effektiv müalicə imkanının verilməsi ÜST-nin missiyasının mühüm hissəsini təşkil edir və bu yeni mərkəz xalq təbabətinin sübut bazasının gücləndirilməsi üçün elmin gücündən istifadə etməyə kömək edəcək. Mən Hindistan hökumətinə göstərdikləri dəstəyə görə minnətdaram və biz bu təşəbbüsün uğurla reallaşmasını səbirsizliklə gözləyirik”.
ÜST-nin xalq təbabəti üzrə yeni Qlobal Mərkəzinin açılış mərasimi Hindistanın Qucarat ştatının Camnaqar şəhərində 2022-ci il aprelin 21-də keçiriləcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova