Ürəyi dayanan körpə 72 saat dondurulmuş vəziyyətdə qalıb Dünya mətbuatında İngiltərədə ötən il baş vermiş möcüzəvi hadisə barədə məlumatlar yayımlanıb. Belə ki, anasının uşaqlığında qanaxma səbəbindən hələ doğulmamışdan öncə artıq ölü olduğu müəyyən edilmiş Ella Anderson adlı britaniyalı körpə qızın ürəyi 25 dəqiqədən sonra intensiv reanimasiya tədbirləri nəticəsində yenidən işə salınıb. Ancaq iş bununla bitməyib. Körpənin ürəyi doğulandan sonra işə salınsa da, ciddi təhlükə hələ sovuşmamışdı
İngiltərədə həkimlər anadangəlmə sağ qulağı olmayan 9 yaşlı uşaq üçün qulaq hazırlayıblar. Bu bədən üzvünün hazırlanmasında onun öz qabırğasından götürülmüş qığırdaqdan istifadə edilib. İngiltərənin Şeffild şəhərində yaşayan Etan Cil-Bauman adlı oğlan Qoldenhar sindromu ilə doğulub. Müxtəlif anomaliyalarla səciyyələnən bu sindrom onda qulaq seyvanının və eşitmə kanalının olmaması ilə təzahür edib. Belə ki, Etanın sağ qulağının yerində sadəcə bir ət parçası olub. Anomaliya səbəbindən sağ qulağı
İtaliya alimləri Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün "ağıllı" beyin stimullaşdırıcısı ixtira ediblər. Yeni cihaz cərrahiyyə əməliyyatı yolu ilə insan beyninə daxil edilərək, elektrik impulsları vasitəsilə beyinin hissələrinin fəaliyyətini təmin edir. Dərin beyin stimullaşdırması (DBS - Deep Brain Stimulation) adını daşıyan bu müalicə üsulu Parkinson xəstəliyinin və əsmənin dayandırılmasına, hərəkətin çətinləşməsinin səbəbi olan qeyri-normal sinir siqnallarının
Maye halında dəri altına yeridilən yeni biosintetik material sifətə lazımi forma verir və işığın təsiri altında bərkiyərək, zədələr və xəstəliklər nəticəsində üzü eybəcər hala düşmüş insanlara kömək edir. Cərrahlar metalın və plastik kütlənin köməyi ilə sümük zədələrini aradan qaldırmağı artıq bacarırlar. Lakin xüsusən üzdəki (yanaqlar və dodaqlardakı) yumşaq toxumalarda iri qüsurların aradan qaldırılması hələ də çox mürəkkəb bir məsələdir. Ciddi zədəalma, yaxud şişin götürülməsi nəticəsində
Son dövrlər Azərbaycanda sulu qəlyan xeyli populyarlaşıb. Halbuki tək bizdə deyil, Avropa ölkələrində də geniş yayılmış qəlyanın insan orqanizmi üçün çox zərərli olduğu tədqiqatlar nəticəsində müəyyənləşib. "Reuters" agentliyinin yaydığı xəbərə görə, qəlyanla bağlı araşdırma aparmış britaniyalı alimlər bu nəticəyə gəliblər. Tədqiqatı Böyük Britaniya Səhiyyə Nazirliyi və Tütündən İstifadəyə Nəzarət Mərkəzi birgə həyata keçirib. Araşdırmalar göstərib ki, qəlyan çəkən insan hədsiz böyük
Sağlam və faydalı qidalanmaq üçün ilk növbədə meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Meyvə və tərəvəzlər vitamin, mikroelement, duz, turşu və digər faydalı maddələrlə zəngindir və insan orqanizmi üçün olduqca vacibdir. Amerika Birləşmiş Ştatlarının Minnesota Universitetinin alimləri "Experimental Biology" jurnalında təbii meyvə şirələri ilə bağlı yeni məlumat dərc etdiriblər. Onlar bu şirələrin piylənmənin qarşısını aldığını və şəkərli diabet xəstəliyinə tutulma riskini
Amerikalı alimlər müəyyənləşdiriblər ki, artıq çəkisi olan adamların beyni normal çəkili həmyaşıdları ilə müqayisədə 16 il yaşlı görünür. "New Scientist" jurnalında yer alan xəbərə görə, Los-Ancelesdəki Kaliforniya Universiteti əməkdaşlarının araşdırmalarına nevrologiya sahəsi üzrə mütəxəssis, professor Pol Tomson rəhbərlik edib. Mütəxəssislər təxminən 100-ə yaxın adamın beyin tomoqramlarını araşdırıblar. Məlum olub ki, çəkisi artıq olan adamların beyni normal çəkili adamların beyni
Возьмите бумагу и карандаш, и записывайте ответы. Вам это понадобится в конце. Ответы должны быть честными, это поможет узнать многое о том, каков/а ВЫ на самом деле. 1. Расположите этих животных в порядке, соответствующем Вашему отношению к ним (кто больше нравится): а. корова б. тигр в. овца г. лошадь д. свинья 2. Напишите по одному определению (1 прилагательное к каждому): а. собака. б. кошка в. крыса г. кофе д. море 3. Подумайте о ком-то (кто знает Вас, и кто важен Вам), и соотнесите их с
Gecələr 7 saat və daha artıq yatmaq sağlam həyat tərzi sürən insanların ürəyi üçün faydalıdır. “BBC”nin verdiyi xəbərə görə, bu, Niderlanddan olan tədqiqatçıların 10 ildən çoxdur üzərində işlədiyi genişmiqyaslı araşdırma nəticəsində məlum olub. Niderlandlı alimlər 10 il ərzində 14 min qadın və kişi üzərində təcrübə aparıb və onlarda ürək xəstəlikləri hallarını müşahidə ediblər. Uzunmüddətli təcrübə müddətində onlardan 600-ə yaxın şəxs ürəklə bağlı müxtəlif xəstəliklərə tutulub və 129 nəfəri
ABŞ-ın Minnesota Universitetinin alimləri müəyyənləşdiriblər ki, artıq çəkidən əziyyət çəkən şəxslərin insult olmaq ehtimalı daha yüksəkdir. Onlar bu fikri 19 il ərzində 13 549 amerikalı arasında aparılan araşdırma nəticəsində ortaya qoyublar. Tədqiqatçılar insult riskinin bir sıra amillərlə bağlılığını üzə çıxarıblar. Qaradərili insanlarda bu risk digərləri ilə müqayisədə daha çoxdur. Bundan başqa, artıq çəkidən əziyyət çəkən insanların beynində hüceyrələrin digərləri ilə müqayisədə 8% az