Naxçıvanda yeni feldşer-mama məntəqələri istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində abadlaşdırma və quruculuq işləri aparılır. Bu fəaliyyət çərçivəsində muxtar respublikanın Babək rayonunun Araz kəndində sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov burada istifadəyə verilən yeni kənd mərkəzinin ikimərtəbəli binasında yerləşən qurumların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən

31-10-2021, 09:25

Analitik Ekspertiza Mərkəzi Avrasiya Əczaçılıq Sammitində iştirak edib

Daşkənddə onlayn formatda keçirilən Avrasiya Əczaçılıq Sammitində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak ediblər. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Avropa və Asiya qitələrinin aparıcı ölkələrinin iştirak etdiyi tədbirdə dərman vasitələrinin qeydiyyatı, qablaşdırmaya olan müasir tələblər, dərman vasitələrinin qiymətinin formalaşması, ölkələrdə bu sahədə son tənzimləyici dəyişikliklər və bir sıra digər aktual mövzular müzakirə olunub. Onlayn

31-10-2021, 09:15

BMT-nin Baş katibi koronavirusa qarşı qlobal vaksinasiya planını hazırlamağa çağırıb

Dünya ictimaiyyətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dərman şirkətləri tərəfindən həyata keçiriləcək koronavirusa qarşı qlobal vaksinasiya planına ehtiyacı var. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında böhranlara cavab tədbirləri üzrə tövsiyələri ehtiva edən “Ümumi Gündəlik” məruzəsini təqdim edərkən bildirib: "Vaksinasiya prosesinə 50 milyard dollar həcmində sərmayələrin qoyuluşu önümüzdəki dörd il ərzində dünya iqtisadiyyatına təxminən 9 trilyon dollar

30-09-2021, 23:20

ÜST-nin yeni mərkəzi dünyanı pandemiyalardan qorumağa yardım edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Berlində açılan yeni Operativ-Analitik Məlumat Mərkəzi gələcək pandemiyaları daha səmərəli şəkildə proqnozlaşdırmağa və bəşəriyyəti onlardan qorumağa imkan verəcək. Bunu yeni mərkəzin açılışında ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus və Almaniya kansleri Angela Merkel deyiblər. “Dünya pandemiyaya çevrilə biləcək yeni epidemiyaları aşkarlamağı və nəzarət tədbirlərini real vaxtda izləməyi, yəni epidemiya və ya pandemiya risklərinin idarə edilməsi

30-09-2021, 16:25

ÜST rəhbəri buster doza vaksinasiyaya moratorium qoymağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə koronavirus əleyhinə peyvəndin buster (üçüncü, gücləndirici) dozasına qoyulan moratoriumun ilin sonuna qədər uzadılmasının zəruri olduğunu bildirib. O, növbəti dəfə zəngin ölkələri peyvəndləri bölüşməyə və “başqa” vaksinlərlə peyvənd olunan insanlara qarşı ayrı-seçkilik təcrübəsini tətbiq etməməyə çağırıb. "Bir ay əvvəl mən bütün dünyada ilk dozanı belə almamış ən həssas insanların

30-09-2021, 16:18

Avropa İttifaqı və ÜST-nin müsabiqəsinin qalibləri mükafatlandırılıb

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kolleclərinin tələbələri arasında keçirilən əl gigiyenası müsabiqəsi başa çatıb. Müsabiqə qaliblərinin mükafatlandırılma mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Səhiyyə sistemlərinin gücləndirilməsi üzrə texniki mütəxəssisi, professor Halil İbrahim Durak, layihə rəhbəri, mütəxəssis Tural Qulu, həmçinin təlimçi və müsabiqə

30-09-2021, 16:05

Vətən müharibəsi qazilərinə bir ildə 250-dən çox əməliyyat edilib

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov məlumat verib Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Ancaq həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Sümük toxuması əksər hallarda unikal bir qabiliyyətə - öz-özünə bərpa qabiliyyətinə malikdir. Ancaq, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt

30-09-2021, 15:59

COVID-19 infeksiyasında laborator müayinələr

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy deyib. O bildirib ki, koronavirus infeksiyasının diaqnostikasında bir

30-09-2021, 15:50

Milli Hematologiya və Transfuziologiya Mərkəzində limfomanın müasir standartlara uyğun diaqnostikası və müalicəsi aparılır

Limfoma limfatik və immun sistemin bədxassəli şiş xəstəliyidir. Limfa düyünləri, dalaq və sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyən limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir, lakin buna baxmayaraq, müasir təcrübə onu sağaltmağın 80 faiz hallarda mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan asılıdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov 15 Sentyabr –

30-09-2021, 15:43

Sanator-Kurort Reabilitasiya Mərkəzi Qarabağ qazilərinin xidmətində

Ötən ilin noyabr ayından bu günə qədər Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox Qarabağ müharibəsi qazisi müalicə olunub. Qazilərin əksəriyyəti bir dəfə müraciət edənlər olsa da, müalicənin effektivliyindən asılı olaraq, onların arasında iki və ya üç dəfə müraciət edənlər də var. Müraciətlər əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq-hərəkət və periferik sinir sistemlərinin zədələnmələri ilə əlaqədardır. Bunu Sanator-Kurort Reabilitasiya Mərkəzinin

30-09-2021, 15:19




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova