Analitik Ekspertiza Mərkəzi Avrasiya Əczaçılıq Sammitində iştirak edib

Analitik Ekspertiza Mərkəzi Avrasiya Əczaçılıq Sammitində iştirak edib

Daşkənddə onlayn formatda keçirilən Avrasiya Əczaçılıq Sammitində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak ediblər.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Avropa və Asiya qitələrinin aparıcı ölkələrinin iştirak etdiyi tədbirdə dərman vasitələrinin qeydiyyatı, qablaşdırmaya olan müasir tələblər, dərman vasitələrinin qiymətinin formalaşması, ölkələrdə bu sahədə son tənzimləyici dəyişikliklər və bir sıra digər aktual mövzular müzakirə olunub. Onlayn toplantıda əczaçılığın dərman vasitələrinin qeydiyyat prosedurları, farmakonəzarət və etibarlı istehsalat təcrübəsi kimi mühüm sahələri haqqında məlumatlar verilib, təqdimatlar edilib.
Sammitdə Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza, Farmakonəzarət və Keyfiyyəti idarəetmə şöbələrinin əməkdaşları hər üç istiqamət üzrə ölkəmizdə görülən işlər və son yeniliklər haqqında ətraflı məlumatlar çatdırıb, dərman vasitələri istehsalçılarının suallarını cavablandırıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova