Valyuta.com

Naxçıvanda yeni feldşer-mama məntəqələri istifadəyə verilib

Naxçıvanda yeni feldşer-mama məntəqələri istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində abadlaşdırma və quruculuq işləri aparılır. Bu fəaliyyət çərçivəsində muxtar respublikanın Babək rayonunun Araz kəndində sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov burada istifadəyə verilən yeni kənd mərkəzinin ikimərtəbəli binasında yerləşən qurumların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi və digər tibbi ləvazimatlarla təchiz edilib.
Məntəqə müdiri Şərəbanu Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər məktəbdə ayrılmış bir otaqda fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılıb, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunub. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Digər feldşer-mama məntəqəsi Şərur rayonunun Dərvişlər kəndində istifadəyə verilib. Dərvişlər kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdirinin kabineti, mama və manipulyasiya otaqları var. Məntəqə zəruri tibbi ləvazimatlarla - ginekoloji müayinə masası, alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər avadanlıqlarla təchiz edilib.
Məntəqə müdiri Nəzakət Mehdiyeva binada yaradılmış şəraitlə maraqlanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edərək deyib ki, əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərən feldşer-mama məntəqəsi üçün indi müasir iş şəraiti yaradılıb: “Burada əhalinin sağlamlığının keşiyində dayanmaq üçün bütün zəruri tibbi avadanlıqlar var və biz bu yolda var qüvvə ilə çalışacağıq”.
Ali Məclisin Sədri tibbi xidmətin, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzi xəstəxanasından həkim briqadalarının buraya göndərilməsi barədə tapşırıqlar verib.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova