Mədə xəstəlikləri zamanı yayda necə qidalanmalı?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov mədə-bağırsaq xəstəlikləri, onların streslə əlaqəsi, yay aylarında, xüsusilə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərin qidalanması zamanı diqqət edilməli məqamlarla bağlı sualları cavablandırıb. - Emin müəllim, hansı hallarda insanlar mədə xəstəliklərindən şübhələnməlidirlər? - Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi pəhriz saxlanılsa belə, rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəblər

31-07-2022, 11:54

Həkim ordenlə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə

31-07-2022, 11:02

Səhiyyə siyasəti və iqtisadiyyatının təkmilləşdirilməsi sahəsində tanınmış ekspert Françesko Paoluççi Azərbaycanda təlimlər keçirir

Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən zəruri addımlar atılır. Səhiyyə sisteminin maliyyə dayanıqlığını və keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığını təmin etmək üçün nazirlik tərəfindən mütəmadi olaraq beynəlxalq təcrübəyə müraciət olunur. Belə ki, Səhiyyə Nazirliyinin dəvəti ilə Nyukasl və Bolonya Universitetlərinin professoru, səhiyyə siyasətinin təkmilləşdirilməsi üzrə tanınmış ekspert Françesko Paoluççi ölkəmizdə

31-07-2022, 10:55

Azərbaycanla Pakistan arasında səhiyyə əməkdaşlığının perspektivləri müzakirə edilib

Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin perspektivləri müzakirə olunub. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin köklərə malik olduğunu qeyd edib. Nazir iki qardaş ölkə arasında bütün sahələrdə

31-07-2022, 10:49

Azərbaycan və Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq inkişaf edir

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüş keçirilib. Nazirliyin mətbuat xidməti bildirir ki, görüş zamanı qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Macarıstan arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb: “Ölkələrimiz arasında tibb elmi sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin alimləri və tibb mütəxəssisləri Azərbaycan və Macarıstanda tibb elmi

31-07-2022, 10:43

Səhiyyə Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Ahmed Talaat Nasr ilə görüş keçirilib. Tədbirdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid də iştirak edib. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik münasibətlərin qurulmasını xatırladıb, bu müddət ərzində ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə

31-07-2022, 10:34

Səhiyyə Nazirliyində Litvanın ölkəmizdəki səfiri ilə görüş olub

Səhiyyə Nazirliyində Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Egidius Navikasla görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, görüşdə qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığı diqqətə çatdıran Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində

31-07-2022, 10:27

Şuşada Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə komitəsi ilə Əmək və sosial siyasət komitəsinin iştirakı ilə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dinləməni giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını Azərbaycanın incisi olan Şuşada salamlamaqdan qürur

31-07-2022, 10:25

“Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin birgə əməkdaşlığı ilə “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, İSİM-də təşkil olunan görüş USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutub. Tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək, görüşün

31-07-2022, 10:22

Səhiyyə nazirinə yeni müşavir təyin edilib

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müşaviri təyin edilib. Səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri vəzifəsinə təyin olunan Rüfət Hacıəlibəyov əvvəllər HP, "Microsoft", SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir. Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham

31-07-2022, 10:20




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova