Azərbaycan və Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq inkişaf edir

Azərbaycan və Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq inkişaf edir

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidməti bildirir ki, görüş zamanı qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Macarıstan arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb: “Ölkələrimiz arasında tibb elmi sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin alimləri və tibb mütəxəssisləri Azərbaycan və Macarıstanda tibb elmi sahəsində keçirilən konfrans və simpoziumlarda mütəmadi olaraq iştirak edirlər”.
Əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişafını vurğulayan nazir qeyd edib ki, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla təchiz olunub: “Həmçinin şəkərli diabetə qarşı mübarizə üzrə Dövlət Proqramı çərçivəsində xəstələrə paylanan qlükometr cihazlarının və reaktivlərin əksəriyyəti yüksək keyfiyyətli Macarıstan məhsuludur”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Viktor Szederkenyi 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu işbirliyindən danışan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradıldığını bildirib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, Macarıstan və Azərbaycan arasında COVID-19 pandemiyasına qarşı mübarizədə işbirliyi, səhiyyə və tibb elmi sahəsində imzalanmış əməkdaşlıq memorandumunun həyata keçirilməsi, onkologiya sektorunda Macarıstan istehsalı olan müasir texnologiyalara dair təkliflər və digər məsələlər müzakirə olunub.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova