Səhiyyə siyasəti və iqtisadiyyatının təkmilləşdirilməsi sahəsində tanınmış ekspert Françesko Paoluççi Azərbaycanda təlimlər keçirir

Səhiyyə siyasəti və iqtisadiyyatının təkmilləşdirilməsi sahəsində tanınmış ekspert Françesko Paoluççi Azərbaycanda təlimlər keçirir

Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən zəruri addımlar atılır. Səhiyyə sisteminin maliyyə dayanıqlığını və keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığını təmin etmək üçün nazirlik tərəfindən mütəmadi olaraq beynəlxalq təcrübəyə müraciət olunur.
Belə ki, Səhiyyə Nazirliyinin dəvəti ilə Nyukasl və Bolonya Universitetlərinin professoru, səhiyyə siyasətinin təkmilləşdirilməsi üzrə tanınmış ekspert Françesko Paoluççi ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində ölkəmizin səhiyyə sahəsində çalışan mütəxəssisləri üçün üçgünlük təlimlər təşkil olunub. Tədbirdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vəzifəli şəxsləri, həmçinin özəl sığorta sektorunun mütəxəssisləri iştirak ediblər. “Səhiyyənin transformasiyası və səmərəli maliyyəşdirilməsi” mövzusunda məruzə ilə çıxış edən professor Françesko Paoluççi səhiyyənin transformasiyası üzrə beynəlxalq təcrübə, səhiyyə iqtisadiyyatının və səhiyyənin maliyyələşdirilməsinin vacib prinsipləri, səhiyyə sektorunda müxtəlif sığorta tətbiqlərinin optimal istifadəsınə dair dünya təcrübəsi haqqında təlim iştirakçılarına məlumat verib.
Qeyd edək ki, professor F.Paoluççi 20 ildən artıq müddətdə səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün qlobal səhiyyə sistemlərinin səmərəli maliyyələşməsini təhlil edərək, bu sahədə mühüm nailliyyətlərə imza atıb. Təqdimatlar iştirakçıların böyük marağına səbəb olub.
Sonda mövzu ətrafinda fikir mübadiləsi aparılıb, professor F.Paoluççi iştirakçıların suallarını cavablandırıb.
P.S. Növbəti nömrədə tanınmış ekspert Françesko Paoluççinin "Tibb qəzeti"nə qəzetinə verdiyi eksklüziv müsahibəsi ilə tanış ola bilərsiniz.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova