Səhiyyə nazirinə yeni müşavir təyin edilib
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müşaviri təyin edilib.
Səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri vəzifəsinə təyin olunan Rüfət Hacıəlibəyov əvvəllər HP, "Microsoft", SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.
Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.