Səhiyyə Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Ahmed Talaat Nasr ilə görüş keçirilib. Tədbirdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid də iştirak edib.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik münasibətlərin qurulmasını xatırladıb, bu müddət ərzində ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Misir arasında əməkdaşlığın uğurlu və bütün sahələrdə nümunəvi olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində ölkələrimiz arasında əməkdaşlıq beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.
Sonda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində İhab Talaat Nasr ölkəsinin Azərbaycanla müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Azərbaycanda səhiyyə sistemində aparılan islahatları yüksək qiymətləndirən İhab Talaat Nasr son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin perspektivləri, eyni zamanda, gələcəkdə əczaçılıq sahəsində əməkdaşlıq üzrə memorandumun imzalanmasına dair müzakirələr aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova