Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, 2023-cü il iyul ayı ərzində ümumilikdə 31 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 2 protokol tərtib edilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirib. Aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olunub. Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirilib ki, aksiya çərçivəsində 184 nəfər müayinələrdən keçib. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, bu il iyunun 1-dən 30-dək Bakı şəhəri üzrə 27, rayonlar üzrə 5 aptek olmaqla 32 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrindən 7 adda 40 qutu dərman müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.
...Ömrünün sonuna qədər bu amalla yaşadı, qəlblərə sevinc, gözlərə nur payladı... İlk azərbaycanlı qadın həkim, tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı qadın O, dünyaya gələndə təkcə doğulduğu ailəsi deyil, talelərinə yaşamaq üçün yazılmış Rusiya, bəlkə də, elə bu dünyanın özü bütünlüklə təlatümlər içərisində idi. İnsanlar köhnə dünyanı təzəsi ilə əvəz etmək eşqi ilə alışıb yanır, yeni dünyanın onlara böyük müjdələr gətirəcəyinə inanırdılar. Həmin dövrlərdə doğma Vətənindən
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lanç təşkil edib. İşgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxslərinin iştirak etdiyi görüşün xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Səhiyyə Nazirliyinin palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib, bildirib ki,
Azərbaycanın Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirilib. Tədbirdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev İsrail nümayəndələri ilə davamlı görüşlərin ölkələrimiz arasında əlaqələrin və dostluq münasibətlərinin getdikcə möhkəmlənməsinə töhfələr verəcəyini diqqətə çatdırıb. Nazir şəkərli diabetdən
Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanınmış vaksin şirkətinin peyvəndləri tətbiq olunub. Bunlardan biri də məhz “Pfizer – BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb. AZƏRTAC xəbər verir ki, Qərara əsasən, həmin siyahıya Səhiyyənin Təminat Mərkəzi publik hüquqi şəxsi daxil edilib.
Milli Məclisin növbədənkənar sessiyasının iyul ayında keçirilən növbəti plenar iclaslarında səhiyyə ilə bağlı məsələlərə baxılıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Sahibə Qafarovanın sədrliyi ilə keçən ilk iclasda “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihənin ikinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını deyib.
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında ikinci oxunuşda təqdim olunan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə, komitə sədri Əhliman Əmiraslanov qanun layihəsinin əhəmiyyətini qeyd edərək, sənədin birinci oxunuşda komitədə və plenar iclasda geniş müzakirə olunduğunu, deputatlar tərəfindən bir çox qeyd və təkliflərin