Cenevrədə ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyası keçirilir

Yanvarın 26-da İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 136-cı sessiyası öz işinə başlayıb. Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev toplantıda iştirak edir. ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyasının gündəliyinə ÜST islahatları, “Sağlamlıq 2020” Avropa regional siyasəti konsepsiyasının təqdimatı, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, sanitar-epidemioloji nəzarət, Qərbi Afrikada Ebola epidemiyasına

6-02-2015, 12:53

Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş konfrans keçirildi. Toplantını giriş sözü ilə açan ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Qasımov qeyd etdi ki, xalqımız öz şərəfli tarixini vərəqləyərkən vətəninə, xalqına sadiq şəxsləri hörmətlə yada şalır: “Onların

6-02-2015, 12:48

Səhiyyə naziri ölkəmizin ilk həkim-rezidentlərinə diplomları təqdim etdi

Məlum olduğu kimi, 2011-ci ildən ölkəmizdə həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsilinin tətbiqinə başlanıb. Artıq 94 nəfər həkim-rezident ilk buraxılışın məzunu olub. Bu günlərdə Səhiyyə Nazirliyində məzunlardan bir qrupuna diplomların təqdimetmə mərasimi keçirildi. Toplantıda səhiyyə naziri Oqtay Şirəliyev gənc mütəxəssislərə şərəfli, məsuliyyətli işlərində uğurlar arzulayaraq qeyd etdi ki, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rezidentura

6-02-2015, 12:45

Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşdü

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Bakıda səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı (müavini) professor Eyüp Gümüşlə görüşüb. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində keçirilən VI Uroonkologiya Qış Konqresi çərçivəsində ölkəmizə səfərə gələn professor Eyüp Gümüşlə görüşdə Azərbaycan və Türkiyə səhiyyə nazirliklərinin rəsmiləri iki dövlət arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin

6-02-2015, 12:42

Əczaxana, yoxsa “narkoxana”?!

Səhiyyə Nazirliyi narkomaniya ocağı olan “Murad” apteki bağladı Hələ ötən ilin sonlarından etibarən sosial şəbəkələrdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 “A” ünvanında fəaliyyət göstərən, “Murad Farm” MMC-yə məxsus “Murad” apteki haqqında müxtəlif xoşagəlməz söz-söhbətlər gəzirdi. Qeyd edilirdi ki, psixotrop təsirə malik olan və mütləq reseptlə buraxılması nəzərdə tutulan preparatlar həmin əczaxanada adi qaydada – “kimə gəldi” satılır. Bu barədə “Tibb qəzeti”nə də həmin

6-02-2015, 12:38

Elektron Səhiyyə Xidməti Mərkəzindən bir ayda 1984 nəfər yararlanıb

“Tibb qəzeti”nin ötən sayında Səhiyyə Nazirliyində elektron xidmətlər göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi, ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) Xidməti Mərkəzinin açılması barədə ətraflı məlumat vermişdik. Bir aylıq fəaliyyəti müddətində ES Xidməti Mərkəzindən nə qədər insan yararlanıb? Burada nə kimi problemlər həll edilib? Bu suallarla Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri Anar İsrafilova müraciət etdik. Müsahibimiz bildirdi ki, fəaliyyət

6-02-2015, 12:34

Səhiyyə Nazirliyi keçən il 64 saxta diplom aşkarlayıb

Fırıldaqçıların qarşısına sədd çəkilir “Ötən il Səhiyyə Nazirliyi Kadrlar, elm və təhsil şöbəsində sənədlərin araşdırılması prosesində 64 saxta diplom aşkarlanıb və Nazirliyin Hüquq və daxili nəzarət sektoruna təqdim edilib. Onlardan 9-u ali, qalanı orta ixtisas tibb təhsili diplomlarıdır”. Bu haqda bizə Səhiyyə Nazirliyi Kadrlar, elm və təhsil şöbəsinin böyük məsləhətçisi Nəcibə Hüseynova məlumat verdi. Nazirlik rəsmisi saxta diplomların aşkarlanması prosesinə 2010-cu ildən başlandığını

6-02-2015, 12:28

Şəfalı əllər möcüzələr yaradır

Azərbaycan həkimləri yeniyetməyə eyni vaxtda həm açıq ürək əməliyyatı, həm də böyrək transplantasiyası ediblər “Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verən, dəfələrlə ilklərə imza atan Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq vətəndaşlarımızın öz xəstəliklərinin çarəsini digər ölkələrin klinikalarında axtarmasına ehtiyac yoxdur. İndi öz Vətənimizdə - Bakıda, bizim xəstəxanada da keyfiyyətli tibbi yardım almaq, çox mürəkkəb əməliyyatlar

6-02-2015, 12:19

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir. Səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Saatlı Mərkəzi Rayon Xəstəxanasında həm bu rayonun, həm də İmişli, Beyləqan, Fizuli rayonlarının müraciət etmiş sakinləri ilə görüşüb. Qəbula gələn, şikayət, təklif və fikirlərini nazirə bildirən 40-a yaxın şəxsin müraciətində

6-02-2015, 12:18

Elanlar

Ağdaş Mərkəzi Rayon Xəstəxanası Tofiqi Tibb Məntəqəsi Məntəqə müdiri (feldşer) – 1.0 Ünvan:Azadlıq küçəsi, 166. Tel:(02023) 5-50-80 *** Balakən Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Feldşer-laborant – 2.0 Sanitar feldşer – 1.0 Entomoloqun köməkçisi – 1.0 Tibbi statistik – 3.0 Ünvan: R.Səmədov küçəsi, 27. Ünvan: (02429) 5-12-93 *** Bərdə Müalicə Diaqnostika Mərkəzi Tibb bacısı – 3.0 Ünvan: Bakı küçəsi, 6. Tel: (02020) 5-16-00 *** Füzuli Mərkəzi Rayon Xəstəxanası MRX Feldşer – 2.0 Mama – 3.0

6-02-2015, 11:37



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova