Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etdi

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir.
Səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Saatlı Mərkəzi Rayon Xəstəxanasında həm bu rayonun, həm də İmişli, Beyləqan, Fizuli rayonlarının müraciət etmiş sakinləri ilə görüşüb.
Qəbula gələn, şikayət, təklif və fikirlərini nazirə bildirən 40-a yaxın şəxsin müraciətində qaldırılmış məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından, xəstəlikləri fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.
Problemlərin bəziləri yerindəcə həllini tapıb, digərləri ilə bağlı müvafiq göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova