“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirə edildi

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirəyə çıxarılıb. İclasda əvvəlcə Komitənin sədri Hadi Rəcəbli qurumun 2015-ci il yaz sessiyasının yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə danışıb. Yaz sessiyası dövründə komitənin məhsuldar işlədiyi, 13 qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edildiyi bildirilib. Görülmüş işlər qənaətbəxş hesab edilib, yeni iş planı təsdiqlənib. Daha sonra iclasda

30-09-2015, 12:58

Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ağsu şəhərində Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 10 (on) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə

30-09-2015, 12:52

Türk dünyası və Avrasiya pediatrları Bakıda toplaşdılar

Bu günlərdə Bakı şəhərində Səhiyyə Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Türk dünyası və Avrasiya pediatrlarının XV konqresi keçirildi. Dünya şöhrətli pediatr İhsan Doğramacının anadan olmasının 100 illiyinə həsr edilən tədbiri Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov açdı. Ölkəmizin sürətli iqtisadi inkişafının sosial sahələrdə, o cümlədən səhiyyədə ciddi uğurlara təkan verdiyini vurğulayan natiq son on ildə səhiyyənin idarə olunması,

30-09-2015, 12:46

Baş nazirin müavini: "Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir"

Bu gün Azərbaycanda dərman bazarında olan durum, dərmanların qiymətlərinin tənzimlənməsi və keyfiyyəti məsələlərinin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini,

30-09-2015, 12:42

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbul günləri çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Qəbulda bu rayonun sakinləri ilə yanaşı, Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşlar da iştirak ediblər. Ümumilikdə 20 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı

30-09-2015, 12:37

Dövlət başçısı əsaslı təmir edilmiş Respublika Əlillərin Bərpa Mərkəzini açıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib ki, 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayan Respublika Əlillərin Bərpa Mərkəzinin 1994-cü ildə inşa

30-09-2015, 12:35

İ.M.Seçenov adına BMDTU-nun ilk filialı Bakıda açıldı

Açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etdi Sentyabrın 15-də - Bilik günündə paytaxtımızda dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri sayılan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, həmin Universitetin məzunu və fəxri professoru Mehriban Əliyeva, həmçinin bu münasibətlə Bakıya gələn Rusiyanın səhiyyə naziri Veronika Skvortsova və universitetin rektoru

30-09-2015, 12:29

6 ildən sonra yenidən Şamaxıda

«Tibb qəzeti»nin səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi, onların dərman vasitələri və qida ilə təminatı, eləcə də şərait və sanitar-gigiyenik vəziyyət barədə müntəzəm olaraq apardığı araşdırmalar silsiləsindən növbəti səfərimiz Şamaxı rayonunadır. Altı il əvvəl elə bir ciddi nöqsana rast gəlmədiyimiz Şamaxı RMX-ya bu dəfə saat 10:30-da çatdıq. İlkin təəssürat kimi onu deyə bilərik ki, bu tibb ocağının həyəti və korpusları öz abadlığı, gözəlliyi ilə diqqəti cəlb

30-09-2015, 12:22

ELANLAR

Bərdə Rayon Mərkəzi Xəstəxanası Bərdə RMX Tibb bacısı (qardaşı) - 2.0 Əczaçı - 1.0 Laborant - 1.0 Tibbi statistik - 1.0 Doğum Evi Tibb bacısı (qardaşı) - 2.0 Tibbi statistik - 1.0 Laborant - 1.0 Ağciyər Xəstəlikləri Xəstəxanası Laborant - 1.0 Birləşmiş Uşaq Xəstəxanası Tibb bacısı (qardaşı) - 3.0 Alaçadırlı Həkim Məntəqəsi Tibb bacısı (qardaşı) - 1.0 Balabəyli Kənd Sahə Xəstəxanası Feldşer - 1.0 Dəymədağlı Tibb Məntəqəsi Feldşer - 1.0 Kolayır KSX Tibb bacısı (qardaşı) - 1.0 Lənbəran KSX Tibb

30-09-2015, 11:20

15 aptek cərimə olundu

Səhiyyə Nazirliyi ölkə başçısının dərman bazarının tənzimlənməsi ilə bağlı göstərişlərinin yerinə yetirilməsi üzrə məqsədyönlü tədbirlərin icrasını davam etdirir. Bu məqsədlə apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks nəzarət tədbirləri görülür. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. O cümlədən,

31-08-2015, 16:48



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova