15 aptek cərimə olundu
Səhiyyə Nazirliyi ölkə başçısının dərman bazarının tənzimlənməsi ilə bağlı göstərişlərinin yerinə yetirilməsi üzrə məqsədyönlü tədbirlərin icrasını davam etdirir. Bu məqsədlə apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks nəzarət tədbirləri görülür.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə yalnız reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışının aparılması faktları müəyyənləşdirilib. Bununla bağlı protokollar tərtib edilib və cərimələr tətbiq olunub.
Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.
Səhiyyə Nazirliyi ölkə başçısının göstərişi ilə dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində nəzarət üzrə bütün sahələrdə sistemli tədbirlərin icrasını davam etdirir.