Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul etdi

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbul günləri çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Qəbulda bu rayonun sakinləri ilə yanaşı, Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşlar da iştirak ediblər.
Ümumilikdə 20 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlər Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb, digərləri ilə bağlı tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova