“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirə edildi

“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirə edildi

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirəyə çıxarılıb.
İclasda əvvəlcə Komitənin sədri Hadi Rəcəbli qurumun 2015-ci il yaz sessiyasının yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə danışıb.
Yaz sessiyası dövründə komitənin məhsuldar işlədiyi, 13 qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edildiyi bildirilib. Görülmüş işlər qənaətbəxş hesab edilib, yeni iş planı təsdiqlənib.
Daha sonra iclasda “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əlavələr müzakirə olunub. Bildirilib ki, Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə isə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova