Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında (DVKYL) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib və laboratoriyaya dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün Akkreditasiya Attestatı verilib. Növbəti 3 il müddətinə qüvvədə olacaq bu sənəd Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının AZS İSO/İEC 17025:2009 –

31-08-2016, 11:18

Narkomanlığa qarşı mübarizəyə dair Tədbirlər Planının icrası davam edir

2016-cı ilin ilk 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində bütün növ sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11 715 nəfər keçib. Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin Respublika Narkoloji Mərkəzinin (RNM) 2016-cı ilin birinci yarımilliyində fəaliyyətinə dair məlumatında bildirilir. Həmçinin qeyd edilir ki, həmin

31-08-2016, 11:12

“Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu”

Bakıda bu mövzuda konfrans oldu Hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir. Bu barədə Bakının Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilmiş “Donorluq mədəniyyətinin inkişafında gənclərin və

31-08-2016, 11:08

Respublika Narkoloji Mərkəzinin 30 illiyi qeyd olunub

Respublika Narkoloji Mərkəzinin yaradılmasının 30 illiyi münasibətilə bu tibb müəssisəsində tədbir keçirilib. Toplantıda qeyd olunub ki, 30 il əvvəl – 1986-cı ildə Respublika Narkoloji Dispanseri kimi fəaliyyətə başlayan səhiyyə ocağı əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli əmri ilə təsdiq edilmiş əsasnaməyə görə, bu qurum Respublika Narkoloji Mərkəzi

31-08-2016, 11:00

Bölgələrə media-turlar keçirilir

Jurnalistlərin regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti və fəaliyyəti barədə informasiya alması və real vəziyyətlə bağlı əhalini məlumatlandırması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müxtəlif bölgələrə press-turların təşkili davam etdirilir. Belə turlardan birində kütləvi informasiya vasitələrinin nümayəndələri Xızı Rayon Mərkəzi Xəstəxanasında, Quba Diaqnostika Mərkəzində və Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar. İnformasiya turu

31-08-2016, 10:57

Azərbaycanda yeni dərman zavodunun tikintisi planlaşdırılır

Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur. Bu haqda ölkəmizdə bir neçə günlük səfərdə olan Yaponiyanın Nipro Pharma və JGC dərman şirkətlərinin nümayəndələri məlumat verdilər. Səfər çərçivəsində bir sıra önəmli görüşlər keçirdiklərini deyən qonaqlar – Nipro Pharma dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura və JGC dərman şirkətinin xarici əczaçılıq layihəsi qrupunun rəhbəri Susumu Yamada bizi maraqlandıran sualları

31-08-2016, 10:55

Qəhrəman Çiçək

Bir neçə gün öncə ölkəmizin virtual məkanında bir xəbər geniş yayıldı: Sumqayıt şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 5 yaşlı Cavidin həyatını xilas edib! Əslində, bir həkimin kiminsə həyatını xilas etməsi tibb işçilərinin gündəlik işi, bəlkə də, layiqincə qiymətləndirilməyən “adi” qəhrəmanlığıdır. Amma budəfəki hadisə həqiqətən qeyri-adi idi. Çiçək xanım, həmişə olduğu kimi, bu dəfə də “təcili yardım” göstərmişdi, ancaq tamamilə fərqli şəkildə.

31-08-2016, 10:50

“ASAN xidmət”də asan “check-up”

Cəmi 6 dəqiqəyə 27 sağlamlıq parametri üzrə məlumat almaq olar Pasiyentlərin sağlamlığına daim xüsusi diqqətlə yanaşan Respublika Diaqnostika Mərkəzi (RDM) yeni “check-up” müayinələri layihəsinə başlayacaq. Müayinəni hər kəs üçün daha rahat və əlçatan etmək üçün “check-up” xidməti “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq. Bu haqda bizə RDM-in PR və marketinq mütəxəssisi Səadət Hənifəyeva məlumat verdi. Müsahibimiz bildirdi ki, müayinələri Azərbaycan Respublikasının Prezidenti yanında

31-08-2016, 10:44

Səhiyyə naziri Şabranda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin müxtəlif bölgələrində dövlət orqanları rəhbərlərinin səyyar qəbul günlərinin keçirilməsi davam etdirilir. Bu məqsədlə xüsusi tərtib olunmuş qəbul günləri cədvəlinə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Şabran rayonunda vətəndaşlarla görüşüb. Şabran Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda bu rayonla yanaşı, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar rayonlarının sakinləri də iştirak ediblər. Ümumilikdə,

31-08-2016, 10:40

F.B.Allahverdiyevə “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 avqust 2016-cı il.

31-08-2016, 10:37



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova