Səhiyyə naziri Şabranda vətəndaşları qəbul etdi

Səhiyyə naziri Şabranda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin müxtəlif bölgələrində dövlət orqanları rəhbərlərinin səyyar qəbul günlərinin keçirilməsi davam etdirilir.
Bu məqsədlə xüsusi tərtib olunmuş qəbul günləri cədvəlinə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Şabran rayonunda vətəndaşlarla görüşüb.
Şabran Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda bu rayonla yanaşı, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar rayonlarının sakinləri də iştirak ediblər. Ümumilikdə, 10 vətəndaşı qəbul edən nazir onların əsasən sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerində həllini tapıb, digərləri ilə bağlı müvafiq göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova