17 Aprel – Ümumdünya Hemofiliya günü qeyd edildi

Ağır irsi qan xəstəliyi olan, müxtəlif qanaxmalarla xarakterizə edilən hemofiliyadan bu gün dünyada 400 mindən çox adam əziyyət çəkir. O cümlədən Azərbaycanda Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzində 1 554 nəfər dispanser qeydiyyatındadır. Bu rəqəmlər 17 Aprel – Ümumdünya Hemofiliya günü münasibətilə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbirdə səsləndirilib. Ölkəmizdə hemofiliya xəstəliyi ilə mübarizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən görülən

30-04-2017, 12:16

Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb

Əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən mütəmadi aksiyalar keçirilir. Belə aksiyalardan bir çərçivəsində uşaqlarda pulsuz oftalmoloji müayinələr aparılıb. Uşaqların erkən yaşda göz sağlamlığının qorunması məqsədi daşıyan aksiya "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi ilə birgə təşkil edilib. Aksiyada RDM-in Oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Qəmər Əliyeva bir qrup uşağı oftalmoloji müayinədən keçirib. Çəpgözlük

30-04-2017, 12:14

Kürdəmirdə 300-ə yaxın xəstəyə oftalmoloji yardım göstərilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Kürdəmir rayonunda olub. Aksiya çərçivəsində Səyyar Klinikaya müraciət edən 300-ə yaxın xəstəyə oftalmoloji yardım göstərilib. Müayinə olunanlardan 13-nə cərrahi əməliyyat icra olunub. Qeyd edək ki, humanitar xarakter daşıyan aksiya mütəmadi olaraq, hər ay ölkəmizin müxtəlif şəhər və rayonlarında keçirilir. Növbəti aksiya mayın 8-9-da Sumqayıt şəhərində təşkil olunacaq.

30-04-2017, 12:13

Süni uşaqlıq: fantastika reallığa çevrilir

Amerikalı bioloqlar dünya tarixində ilk dəfə olaraq içərisində döl yetişdirilən süni uşaqlıq hazırlayıblar. “Nature Communications” nəşrinin məlumatına əsasən, bu təcrübə ilk dəfə hələ doğulmamış buzov üzərində aparılıb. Döl düz bir ay inkubatorda saxlanılıb. Mütəxəssislər bildirirlər ki, vaxtından əvvəl doğulmuş körpələr, habelə heyvan rüşeymləri üçün nəzərdə tutulan süni uşaqlıq həyatı qoruyub saxlamaq məqsədi daşıyan özünəməxsus sistemdir. Burada rüşeym xüsusi amniotik maye doldurulmuş

30-04-2017, 12:11

Autizm barədə məlumatlandırma aylığı

Autizm XXI əsrdə bütün dünyada yayılmış problemlərindən hesab edilir. Tədqiqatlar göstərir ki, dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon insan autizmdən əziyyət çəkir. Belə pozuntular ildən-ilə artır və getdikcə ağır sosial problemə çevrilir. Belə ki, əgər 2004-cü ildə ABŞ-da hər min uşaqdan 68-də həmin sindrom özünü göstərmişdisə, 2014-cü ildə artıq hər min uşaqdan 150-si onunla üzləşib. Sindromun artım sürəti bu sahədə maariflənmənin artırılmasını, stiqmanın aradan qaldırılmasını və

30-04-2017, 12:03

Builki Ümumdünya Sağlamlıq günü depresiya mövzusuna həsr olunub

1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq 7 aprel tarixi Ümumdünya Sağlamlıq günü kimi qeyd edilir. Beynəlxalq ictimaiyyətin diqqətini dünya miqyasında səhiyyə sahəsində başlıca problemlərə yönəltmək üçün bir imkan olan Ümumdünya Sağlamlıq günü hər il ÜST-nin prioritet hesab etdiyi müəyyən bir problemi diqqət mərkəzinə gətirir və

30-04-2017, 12:01

Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiyası əməliyyatları olunacaq

Respublika Diaqnostika Mərkəzində Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzinin təqdimatı keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək, son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən uğurlardan danışıblar. Həmçinin yaxın zamanlarda Respublika Daqnostika Mərkəzində böyrək

30-04-2017, 11:57

Dünya Səs gününə həsr olunmuş tədbirlər keçirilib

Hər il aprelin 16-sı Dünya Səs günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd ictimaiyyətə səsin rolu və əhəmiyyəti, yaranan problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir. Son 3 ildə olduğu kimi, bu il də ölkəmizdə Dünya Səs günü münasibətlə müxtəlif tədbirlər təşkil olunub. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Qulaq-burun-boğaz xəstəlikləri kafedrası nəzdində “Səs laboratoriyası”nın rəhbəri, tibb üzrə fəlsəfə

30-04-2017, 11:52

“Səhiyyə sisteminin idarə olunması” təlim blokuna start verilib

Paytaxtda və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini, müasir dövrdə səhiyyənin davamlı inkişafını, son vaxtlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarını nəzərə alaraq, həmin xidmətlərin daha da təkmilləşdirilməsi üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərə başlanılıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, təlimlərdə

30-04-2017, 11:50

Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası üzrə təlimlər keçirilib

Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya və Pediatriya kafedraları, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Uşaq Xəstəxanası və Rostropoviç-Vişnevskaya Fondu birgə dəstək və təşkilatçılıq sayəsində "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları" mövzusunda təkmilləşdirmə kursu

30-04-2017, 11:47




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova