“Səhiyyə sisteminin idarə olunması” təlim blokuna start verilib

“Səhiyyə sisteminin idarə olunması” təlim blokuna start verilib

Paytaxtda və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini, müasir dövrdə səhiyyənin davamlı inkişafını, son vaxtlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarını nəzərə alaraq, həmin xidmətlərin daha da təkmilləşdirilməsi üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərə başlanılıb.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, təlimlərdə tibb və əczaçılıq müəssisəsi rəhbərləri, kadr üzrə məsul işçilər, həkimlər, marketinq üzrə mütəxəssislər, səhiyyə sektorunda çalışan və həmin təlimlərə maraq göstərənlərin iştirakı üçün tam şərait yaradılıb.
Bundan başqa, “Tibb müəssisələrinin strateji idarəedilməsi”, “Tibbi xidmətin təşkili və liderlik”, “Tibb müəssisələrinin maliyyələşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması”, “Kadr resurslarının idarə olunması”, “Tibb müəssisələrində infeksion nəzarət tədbirləri”, “Dərman vasitələrindən rasional istifadə” və “Dərman vasitələrinin tanıtımı və təbliği” blokları üzrə təlimlərin davamlı şəkildə təşkil olunması nəzərdə tutulub.
Təlimlərin keçirilməsində məqsəd beynəlxalq səhiyyə sistemində müasir inkişaf tendensiyalarının vüsət aldığı dövrdə səhiyyənin davamlı inkişafını təmin etməkdən, son vaxtlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarına uyğun olaraq həmin xidmətlərin daha da təkmilləşdirilməsini düzgün istiqamətləndirməkdən, tibb sahəsində çalışan mütəxəssislərin ixtisas səviyyəsini artırmaqdan ibarətdir.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova