Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb
Əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən mütəmadi aksiyalar keçirilir. Belə aksiyalardan bir çərçivəsində uşaqlarda pulsuz oftalmoloji müayinələr aparılıb.
Uşaqların erkən yaşda göz sağlamlığının qorunması məqsədi daşıyan aksiya "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi ilə birgə təşkil edilib. Aksiyada RDM-in Oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Qəmər Əliyeva bir qrup uşağı oftalmoloji müayinədən keçirib. Çəpgözlük problemi olan uşaqlar klinikanın vəsaiti hesabına əməliyyat olunublar.