Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiyası əməliyyatları olunacaq
Respublika Diaqnostika Mərkəzində Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzinin təqdimatı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək, son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən uğurlardan danışıblar. Həmçinin yaxın zamanlarda Respublika Daqnostika Mərkəzində böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağı barədə məlumat verilib.
Təqdimatda nəzərə çatdırılıb ki, daim inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiyası üçün lazımi şərait yaradılıb və müvafiq ixtisas səviyyəsinə malik həkim-mütəxəssislərdən ibarət komanda fəaliyyət göstərir.