Builki Ümumdünya Sağlamlıq günü depresiya mövzusuna həsr olunub

Builki Ümumdünya Sağlamlıq günü depresiya mövzusuna həsr olunub

1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq 7 aprel tarixi Ümumdünya Sağlamlıq günü kimi qeyd edilir. Beynəlxalq ictimaiyyətin diqqətini dünya miqyasında səhiyyə sahəsində başlıca problemlərə yönəltmək üçün bir imkan olan Ümumdünya Sağlamlıq günü hər il ÜST-nin prioritet hesab etdiyi müəyyən bir problemi diqqət mərkəzinə gətirir və həmin gün başlanan uzunmüddətli ictimai maarifləndirmə proqramları 7 apreldən sonra da davam edir.
Azәrbaycanda da hər il Sәhiyyә Nazirliyi vә ÜST-nin dәstәyi ilә Ümümdünya Sağlamlıq gününә hәsr olunmuş silsilә tәdbirlәr keçirilir.
2017-ci ilin Ümumdünya Sağlamlıq günü depressiya probleminә hәsr edilib. ÜST-nin Avropa regionunda 128 min suisid halının әsas sәbәbi olan depressiya yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilidir. Belə pozuntusu olan insanların sayı Avropa regionunda 40 milyon tәşkil edir. 2015-ci ilin sağlamlıq vəziyyətinin qlobal qiymәtlәndirilmәsinin bu yaxında dәrc edilmiş nəticələri göstәrib ki, bu göstәrici olkәlәr üzrə әhalinin 3,8-6,3%-i civarında dəyişir.
ÜST-nin Avropa regional bürosunun direktoru Jujanna Yakabın sözlәrinә görә, "Depressiyanın müalicә vә profilaktikası mümkün olsa da, dәrin depressiyası olan insanların әn azı 75%-i adekvat müalıcә almır. Lakin tәk xidmәtlәrin miqyasının genişlәndirilmәsi yetәrli deyil; bu problem barәdә әhalinin mәlumatlılığının artırılması, stiqmanın sәviyyәsinin azaldılması və aradan qaldırılması istiqamətində fəaliyyət eyni dәrәcә әhәmiyyәtә malikdir.
ÜST-nin builki "Depressiya: gәlin danışaq" kampaniyası geniş ictimaiyyəti depressiyanın nәticәlәri, onunla mübarizә üsulları, depressiya ilә yaşayan insanları dәstәkləməyin yolları barәdә mәlumatlandırmağa yönәldilib.
Depressiya tez-tez digәr vәziyyәtlәrlә yanaşı әmәlә gәlir vә 15-29 yaş arasında insanların ölüm hallarının sәbәbi kimi yol-nәqliyyat hadisәlәrindәn sonra ikinci yerdә olan intihara gәtirib çıxara bilәr. Kişilәrlә müqayisәdә qadınlar arasında depressiya halları iki dәfә çox olur, buna baxmayaraq, kişilәr arasında suisid hallarının sayı daha çoxdur: 2015-ci ildә aşağı vә orta gәlir sәviyyәli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr suisidә dörd dәfә çox әl atıblar.
Depressiyanın psixoterapiya, antidepressant vә ya hәr ikisi vasitәsilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır: ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq qöstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.
Hazırda ölkәlәr sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi əhatə olunmağa keçid mərhələsindədir. Depressiya barәdә mәlumatlılığın artırılması, bu yolla depressiyanın daha effektiv profilaktikası bu keçid mәqsədilə aparılan işin ayrılmaz hissәsi olacaq. Bu iş ölkәlәrә yardım edәcәk ki, Davamlı İnkişaf Mәqsәdlәrinin müvafiq bәndlərinə uyğun olaraq, 2030-cu ilә qәdәr profilaktika vә müalicә vasitәsilә qeyri-yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdәbir qәdәr azaldılmasına, psixi sağlamlığın vә rifahın yaxşılaşdırılmasına nail olsunlar.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova