Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar elm xadimi” Kərimov Kərəm Təbriz oğlu “Əməkdar həkim” Ağayev Misirxan Muradxan oğlu Şamilova Faiqə Hacıbala qızı. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 aprel 2018-ci il.30-04-2018, 10:48




