Sizin Reklam Burada!

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun rəhbəri Səbinə Əliyeva, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı

31-10-2025, 12:43

Bakıda “Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib

Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex 2025”) açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Medinex 2025” sərgisinin Azərbaycanda keçirilməsinin çox yaxşı ənənəyə çevrildiyini deyib: “Bu sərgidə ölkəmizin səhiyyə sahəsində çalışan yüksəkixtisaslı mütəxəssisləri iştirak edirlər. Tədbir həm peşəkarlar, həm də ümumilikdə

31-10-2025, 12:28

Gəncədə üç tibb müəssisəsi ləğv edilib

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi ləğv olunub. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfat hesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfat hesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati

31-10-2025, 10:53

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Tibb Universitetində (ATU) ölkəmizdə işgüzar səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan və Ukrayna arasında dövlət səviyyəsində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf

31-10-2025, 10:53

Ötən ay 37 aptekdə yoxlama aparılıb

Bu ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 37 aptekdə yoxlama həyata keçirilib. Mərkəzdən verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 28-i isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Aparılmış yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.

31-10-2025, 10:13

ELANLAR

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya kafedrası Professor – 0.5 Dosent – 1.0 Assistent – 0.5 Nefrologiya kafedrası Dosent – 1.0 Səhiyyənin təşkili və menecmenti kafedrası pedaqogika kursu ilə Baş müəllim – 0.5 Əczaçılıq kafedrası Baş müəllim– 1.0 Anesteziologiya və reanimatologiya kafedrası Dosent – 1.0 Nevrologiya və klinik neyrofiziologiya kafedrası Dosent – 1.0 Məhkəmə təbabəti və patoloji anatomiya kafedrası Dosent – 0.5 Hematologiya kafedrası Dosent

30-10-2025, 12:54

Başsağlığı

Azərbaycan səhiyyəsinə və tibb elminə ağır itki üz vermişdir. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, tibb elmləri doktoru, professor Oqtay Kazım oğlu Şirəliyev ağır xəstəlikdən sonra 75 yaşında vəfat etmişdir. “Tibb qəzeti”nin kollektivi bacarıqlı rəhbər, alicənab, xeyirxah insan, sözünün sahibi olan, nurlu şəxsiyyət Oqtay Şirəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, Azərbaycanın səhiyyə iştimaiyyətinə dərin

4-10-2025, 09:58

Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Səhiyyə Nazirliyi və nazirliyin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. Nazirliyin mətbuat xidməti xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyinin və Azərbaycan

30-09-2025, 15:50

Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan səhiyyə naziri Teymur Musayev Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində

30-09-2025, 15:48

Səhiyyə naziri Teymur Musayev: Azərbaycanda səhiyyə islahatları milli standartlardan beynəlxalq standartlara keçidə yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak ediblər. Tədbir çərçivəsində plenar iclaslar,

30-09-2025, 15:45



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova