Sizin Reklam Burada!

ADHTİ ilə Pekin Çin Təbabəti Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib, orada Ənənəvi Çin Təbabəti və tibb təhsili üzrə təcrübələrlə tanış olub. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib. Çin Xalq Respublikasının Ənənəvi Çin Təbabəti Milli Administrasiyasının rəhbərliyi ilə görüşdə Ənənəvi Çin Təbabətinin tətbiqi, eləcə də bu

30-11-2025, 11:09

İSİM-də Uşaq Günü keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 oktyabr – 20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində və 20 noyabr – Ümumdünya Uşaqlar Günü ərəfəsində Uşaq Günü keçirilib. Uşaqlara diqqətin daha da artırılmasını təbliğ edən tədbirin məqsədi İSİM-də, eləcə də digər səhiyyə müəssisələrində çalışan əməkdaşların övladlarının Mərkəzin fəaliyyəti və ölkəmizdə əhalinin tibbi maarifləndirilməsi, həmçinin sağlam həyat tərzi barədə məlumatlandırılması olub. İSİM-in direktoru

30-11-2025, 11:01

Hazırda 1000 nəfərdən çox xəstə donor orqanı gözləyir

Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır. Bu fikirləri

30-11-2025, 10:03

Meyit donorun böyrəyi daha bir ailəyə ümid, xəstəyə yeni həyat verib

Axşam saatlarında daxil olan təcili məlumat daha bir insanın həyatını dəyişib. Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən xəstələrdən birinə – İsrafil Məmmədova tam uyğun gəlib. Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürülüb. Mərkəzi

30-11-2025, 09:05

Ötən ay 77 aptekdə yoxlama aparılıb

Bu ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 77 aptekdə yoxlama aparılıb. Mərkəzdən verilən məlumata görə, onlardan 6-sı Bakıda, 71-i isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsan aşkar olunub, həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə 30 protokol tərtib edilib.

30-11-2025, 08:07

Başsağlığı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi səhiyyə nazirinin müavini İlqar Qasımovun anası Validə Qasımovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

16-11-2025, 08:57

Başsağlığı

"Tibb qəzeti"nin kollektivi Samir Ağasəf oğlu Abdullayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

11-11-2025, 13:21

Başsağlığı

Azərbaycanın səhiyyə ictimaiyyəti tanınmış həkim, səhiyyə təşkilatçısı, səhiyyə sahəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis, uzun illər Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik etmiş Samir Ağasəf oğlu Abdullayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

11-11-2025, 12:40

Başsağlığı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi səhiyyə naziri Teymur Musayevin atası Yusif Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin. "Tibb qəzeti"nin kollektivi səhiyyə naziri Teymur Musayevin atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

7-11-2025, 10:25

Nazirlər Kabineti dərman vasitələri ilə bağlı qərarlar qəbul etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dərman vasitələri ilə əlaqədar Nazirlər Kabinetinin beş qərarını imzalayıb. Bu qərarlarla “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan

31-10-2025, 16:55



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova