Gəncədə üç tibb müəssisəsi ləğv edilib

Gəncədə üç tibb müəssisəsi ləğv edilib

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi ləğv olunub.
Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfat hesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfat hesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.
Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.
Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.


Xəbəri paylaş



Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova