Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə rayon mərkəzi xəstəxanalarında qanvermə aksiyaları həyata keçirir. Bu qəbildən Şamaxıda keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri təmənnasız olaraq iştirak ediblər. Könüllülər əvvəlcə
2004-cü ildən etibarən dünyanın bir sıra ölkələrində oftalmoloqlar avqustun 8-də öz peşə bayramlarını – Beynəlxalq Oftalmologiya Gününü və ya Beynəlxalq Oftalmoloq Gününü qeyd edirlər. Həmin günün peşə bayramı olaraq seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Belə bir günün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, dünya
Ölkəmizin pediatriya sistemində müxtəlif infeksion xəstəlikləri qabaqcadan aşkar etməyə və onlara qarşı preventiv tədbirlər görməyə imkan verən layihə üzərində iş gedir. Dövlət vəsaiti hesabına həyata keçiriləcək bu layihə sağlam genefondun yaranmasına, eləcə də uşaqlar arasında yarana biləcək problemlərin qarşısının əvvəlcədən alınmasına xidmət edəcək. Bu barədə Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor
“Yay mövsümü başlayandan indiyədək günvurma ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 60-ı kişi, 32-si qadın, 7-i azyaşlı olmaqla, cəmi 99 nəfər müraciət edib. Onlardan 64 nəfəri stasionar müalicəyə cəlb olunub, 35 nəfərə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin həyati təhlükəsi olmayıb”. Bu haqda bizə Bakı şəhəri TTTYS-nın baş həkimi Rauf Nağıyev məlumat verdi. Müsahibimiz dedi ki, yay fəslində stansiyaya həm günvurma, həm də istivurma ilə
Azərbaycan insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqəsi, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Daimi nəzarət və hərtərəfli təminat sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin ilk altı ayı ərzində 306 nəfərin İİV-ə
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) yenidoğulmuşların reanimasiyası üzrə təcrübi təlim kursları keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kurs Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış Perinatal yardıma dair təlim proqramı əsasında təşkil olunub. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal reanimasiya” proqramı üzrə kurs keçmiş
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Nazir Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Gebreyesusun ÜST-nin Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti ÜST ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsi üçün konkret praktiki addımların atılmasında maraqlıdır. Azərbaycanın səhiyyə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb. Yeni sənədə əsasən, Qanunun 23-cü maddəsində və 39-cu maddənin on altıncı abzasında sadalanan məktəbəqədər uşaq tərbiyə müəssisələri, yeniyetmə müəssisələri, orta məktəblər, texniki peşə məktəbləri ümumiləşdirilərək, “təhsil müəssisələri” sözləri ilə əvəz edilib. Dövlət başçısının yeni
Ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Milli Onkologiya Mərkəzində (MOM) olub, Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. ÜST-nin Baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə prosesini izləyiblər. Görüşdə akademik Cəmil Əliyev