“İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha”
Bakıda bu adda beynəlxalq konfrans keçirilib Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun – Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv diaqnostika və müalicə şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib. Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev giriş nitqində onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.30-06-2019, 14:59




