Səhiyyə üzrə yeni sənədlər qəbul olunub

Səhiyyə üzrə yeni sənədlər qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb. Yeni sənədə əsasən, Qanunun 23-cü maddəsində və 39-cu maddənin on altıncı abzasında sadalanan məktəbəqədər uşaq tərbiyə müəssisələri, yeniyetmə müəssisələri, orta məktəblər, texniki peşə məktəbləri ümumiləşdirilərək, “təhsil müəssisələri” sözləri ilə əvəz edilib.
Dövlət başçısının yeni Qanunun tətbiqi ilə bağlı verdiyi Sərəncamda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə qanunvericiliyin və normativ hüquqi aktların bu sənədə uyğunlaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam da imzalayıb. Sənədə əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova