Qanvermə aksiyaları davam edir

Qanvermə aksiyaları davam edir

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə rayon mərkəzi xəstəxanalarında qanvermə aksiyaları həyata keçirir.
Bu qəbildən Şamaxıda keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri təmənnasız olaraq iştirak ediblər. Könüllülər əvvəlcə müayinə olunublar, onlardan qan analizləri götürülərək laborator müayinəyə göndərilib.
Ümumilikdə aksiyada 84 donor iştirak edib.
Göygöl rayonunda keçirilən analoji aksiyada 70 donor qan verib.
Tərtər və Göyçay rayon mərkəzi xəstəxanalarında baş tutan aksiyalarda isə ümumilikdə 750-dən çox könüllü donor iştirak edib.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova