Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib Bakıda “Zorakılıq və media” mövzusunda, məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib. Radio və Televiziya Üst Qurulu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan toplantıda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi
Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb. Vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib:
Bütün ölkə üzrə olduğu kimi, sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar.
Əhali arasında COVID-19 əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatları ilə bağlı bir sıra suallar yarandığına görə, Səhiyyə Nazirliyinin saytında mütəxəssislərin bu barədə açıqlamaları verilib. “Tibb qəzeti” həmin müsahibələri təqdim edir. Əks-göstəriş sertifikatı üçün müraciət qaydaları ilə bağlı suallara Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova cavab verib. - Əks-göstəriş sertifikatı almaq istəyənlər haraya və necə müraciət etməlidirlər? - Vaksinasiyaya
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində hazırda beynəlxalq gündəmin əsas problemi olan səhiyyə, sağlamlıq və qida təhlükəsizliyi məsələləri müzakirə olunub. AŞPA-nın sabiq prezidenti, hazırda Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarı olan Stella Kiriakides geniş məruzə ilə çıxış edib. Sonra o, Parlament Assambleyası üzvlərinin suallarını cavablandırıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa
Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib. Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Həmin tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Təhvil-təslim mərasimində ÜST-nin
Milli Məclisin 2021-ci ilin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra deputatlar Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra parlamentin sədri Sahibə Qafarova bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları və beynəlxalq əlaqələr barədə məlumat verib. Milli Məclisin sədri o cümlədən
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib. Qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib. Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili
COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında lider mövqedədir. AZƏRTAC xəbər verir ki, bunu “Financial Times”ın araşdırması göstərir. Tədqiqata görə, ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir. Liderləri Moldova, Gürcüstan və Tacikistan təqib edir. Siyahıda sonuncu yerləri isə Ermənistan və Türkmənistan tutur. Bildirilir ki, Azərbaycanda hər 100 rezidentə düşən doza göstəricisi 80,2, tək doza alanlar 46,3 faiz, hər iki dozanı alanlar
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib. COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi