Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB-də liderdir

COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında lider mövqedədir.
AZƏRTAC xəbər verir ki, bunu “Financial Times”ın araşdırması göstərir.
Tədqiqata görə, ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir. Liderləri Moldova, Gürcüstan və Tacikistan təqib edir. Siyahıda sonuncu yerləri isə Ermənistan və Türkmənistan tutur.
Bildirilir ki, Azərbaycanda hər 100 rezidentə düşən doza göstəricisi 80,2, tək doza alanlar 46,3 faiz, hər iki dozanı alanlar isə 34 faizdir. Qazaxıstan üzrə bu göstəricilər, müvafiq olaraq, 73,1, 39,6 və 33,5 faiz, Rusiya üzrə 61,0, 32,6 və 28,4 faiz təşkil edir.
Xəbəri paylaş