Valyuta.com

Milli Məclisin sədri beynəlxalq konfransda Azərbaycanın COVID-19-la mübarizə üzrə qlobal təşəbbüslərindən danışıb

Milli Məclisin sədri beynəlxalq konfransda Azərbaycanın COVID-19-la mübarizə üzrə qlobal təşəbbüslərindən danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib.
COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini təklif edib. Həmin təşəbbüs ümumilikdə BMT-nin 150-dən çox üzv dövləti tərəfindən dəstəklənib və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası baş tutub.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan bəzi ölkələrin öz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsini açıq şəkildə qınayıb. Ölkəmiz bu məsələni gündəmdə saxlamaq məqsədilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul edilib: “Eyni zamanda, biz hər fürsətdə, inkişaf etmiş ölkələri, habelə beynəlxalq donor təşkilatlarını ehtiyacı olan ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”. Spiker nəzərə çatdırıb ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib.
S.Qafarova xatırladıb ki, COVID-19 pandemiyası qlobal təchizat zəncirinə görünməmiş dərəcədə təsir göstərib. Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə bağlılığın təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və pandemiya sonrası bərpa səylərində dövlətlərə kömək edəcək. Spiker deyib ki, Azərbaycanın trans-regional nəqliyyat layihələri bu məqsədlərə öz töhfəsini verəcək.
Azərbaycanın post-pandemiya dövrü üçün güclü, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi də həmin təkliflər sırasında yer alır. Azərbaycan həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19 pandemiyasından sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını da məqsədəmüvafiq hesab edir. Həmin panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyanaшаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova