Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Tibb Universitetində (ATU) ölkəmizdə işgüzar səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan və Ukrayna arasında dövlət səviyyəsində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf31-10-2025, 10:53




