Fuad Əfəndiyev - 110

“Sevinc bizi həyatın hər bir vurğusuna həssas edərək, bədəni inkişaf etdirir, bərkidir” Fuad Əfəndiyev Professor Fuad Əfəndiyevin fıtri istedada malik novator alim, hər kəs üçün örnək olan pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu dahi insanın həyat fəlsəfəsi, mənəvi dünyası, tibb elminin inkişafındakı xidmətləri o qədər zəngin və

28-02-2019, 15:17

Görkəmli alim Dəmir Hacıyevin 90 illik yubileyi qeyd edildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Dəmir Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb: “Dəmir Hacıyev 1964-cü ildən 1999-cu ilədək ATU-nun Tibbi biologiya və genetika kafedrasına rəhbərlik edib.

31-01-2019, 11:37

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən “KHS101” molekulunu aşkar ediblər. “RİA Novosti”nin yaydığı məlumatda eksperimentlərin hələ ki, siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, “KHS101” hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür. Tədqiqatların nəticələrinə görə, “KHS101” neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların

31-10-2018, 11:18

Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Stokholmda 2018-ci il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. Amerikalı Ceyms P.Ellison və yapon alimi Tasuku Hondzö “Mənfi immun requlyasiyasının inhibisiya edilməsi yolu ilə xərçəngin müalicəsinin kəşfinə görə” laureat olublar. Nobel Akademiyasının üzvləri bu barədə xüsusi tədbirdə elan ediblər. Akademiya üzvlərinin sözlərinə görə, Ceyms P.Ellison immun sisteminə tormozlayıcı təsir göstərən zülalı tədqiq edib. O, xərçəng şişlərinə “hücum etmək” üçün

29-09-2018, 11:14

Azərbaycan Retinoloqlarının 3-cü konfransı

Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilib. Vitreoretinal cərrahiyyədə yeniliklərin müzakirəsi məqsədi daşıyan toplantıda Milli Oftalmologiya Mərkəzinin həkim heyəti ilə yanaşı, xaricdən gəlmiş mütəxəssislər də iştirak ediblər. Tədbirdə çıxış edən Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov ölkə başçısının əsas diqqət yetirdiyi

30-06-2018, 13:13

Xudadat bəy Rəfibəyli – 140

Azərbaycanın milli istiqlal mücadiləsi fədailərindən biri olan Xudadat Ələkbər oğlu Rəfibəyli peşəkar cərrah, savadlı terapevt, müdrik, humanist insan idi. Turan bayrağının tarixi türk torpaqları üzərində dalğalanacağına inanan Xudadat bəy vətənpərvər ziyalı kimi, təqiblərdən, həbslərdən, sürgünlərdən qorxmadan mənsub olduğu millətin səadəti uğrunda çalışır, Azərbaycanın azadlığa qovuşmasını müqəddəs amal sayırdı. İlk təhsilini Gəncə gimnaziyasında alan Xudadat bəy sonra Xarkov İmperator

31-05-2018, 09:47

Rafiq Əsgərov – 85

Görkəmli anatom-alim, bacarıqlı təşkilatçı, sevimli müəllim Ölkəmizdə təbabət elminin və tibb təhsilinin tərəqqisində, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının inkişafında xüsusi xidmətləri olan alimlərdən biri də ömrünün şərəfli 85-ci yubiley ilini yüksək yaradıcılıq eşqi ilə qarşılayan Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Rafiq Əşrəf oğlu Əsgərovdur. 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olan R.Əsgərov orta təhsilini Bakıdakı

30-04-2018, 11:45

Azərbaycan səhiyyəsi üçün böyük itki

Akademik Böyükkişi Ağayev son mənzilə yola salındı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və tibb xadimləri, səhiyyə işçiləri və KİV nümayəndələri iştirak etdilər. Alimin tabutu önünə Azərbaycan

30-04-2018, 11:31

Qarşıdakı beş ildə də dağınıq skleroz xəstələrinin müalicəsində ən müasir metodlar tətbiq ediləcək

2013-2017-ci illər ərzində Dövlət Proqramı çərçivəsində ölkə üzrə 1400-ə yaxın xəstə müayinə olunub. Onlardan 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, 200-ə qədər xəstəyə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib. Bu barədə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Prezident İlham Əliyevin

31-03-2018, 08:13

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasları keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının fevral ayında keçirilən ilk iclasında iştirakçılar əvvəlcə şuraya yeni qəbul olunan üzvləri təbrik ediblər. Toplantıda elmi tədqiqat işlərinin etik ekspertiza sisteminin inkişafında Qazaxıstanın təcrübəsi və davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası müzakirə olunub. İclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə Təhsil Mərkəzinin rəhbəri, Qazaxıstan Səhiyyə Nazirliyinin etika komissiyasının katibi, professor Baxit Sarımsakova

28-02-2018, 12:13




Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova