Valyuta.com

Beynəlxalq Həkim-Mama Günü

Beynəlxalq Həkim-Mama Günü

Beynəlxalq Həkim-Mama Assosiasiyası 1987-ci ildə Hollandiyada keçirilən konfransda Beynəlxalq Həkim-Mama Gününün təsis olunması ideyası ilə çıxış edib. 1992-ci ildə isə bu gün rəsmi status qazanıb və hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd edilir. Onun əsas məqsədi həkim-mamaların işinin əhəmiyyətinə diqqət çəkməkdir. Bu, çox vacib peşədir, çünki hər evə, ailəyə sevinc bəxş edən körpənin dünyaya gəlməsi, ana və uşağın doğuşdan sonrakı sağlamlığı məhz həkim-mamanın təcrübə, bilik və bacarığından asılıdır. Dünyaya uşaq gətirən hər bir qadına həkim-mamalar tibbi yardım və mənəvi dəstək göstərir, tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolu oynayırlar.
Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.
Ölkəmizdə həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, uğurlar ildən-ilə artır. Hazırda Azərbaycanda 4 mindən artıq həkim-mama fəaliyyət göstərir.
Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova 5 May – Beynəlxalq Həkim-Mama Günü ilə əlaqədar onlayn müsahibə verib. Əvvəlcə həmin gün haqqında danışan baş mama-ginekoloq sonra jurnalistin suallarını cavablandırıb.

- Hamiləliyə hazırlıq üçün nələr etmək, hansı məqamlara diqqət yetirmək lazımdır?
- Ümumiyyətlə, hamiləlik hər bir qadın üçün sanki bir sınaqdır. Bu müddətdə qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Buraya qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir. Çünki bu prosesdə əsas diqqət ediləsi məqamlar anadangəlmə xəstəliklərin - qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa, hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir və daha ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfindən müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən dar ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda bu qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və dar ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda onlar hamiləliyin müəyyən kritik dövrlərində həkim tərəfindən stasionar müalicəyə yönləndirilir. Belə qadınların xəstəxanaların patoloji hamiləlik şöbələrinə hospitalizasiya olunaraq müalicə alması zəruridir.

- İki doğuş arasındakı zaman fərqi ana sağlamlığı baxımından neçə il olmalıdır?
- Ümumiyyətlə, iki doğuş arasındakı zaman 2 ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa, anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən də qorunmaq vacibdir.

- Keysəriyyə əməliyyatından sonra normal doğuş mümkündürmü?
- Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə, nəzəri olaraq, bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir.

- Bəs, keysəriyyə əməliyyatından sonra növbəti hamiləlik neçə il fasilə ilə məsləhət görülür?
- Qadın bir körpəni keysəriyyə əməliyyatı ilə dünyaya gətiribsə, növbəti doğuş ən azı 2 il – 2 il yarım fasilə ilə tövsiyə olunur. Bu müddət əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa, onun durumundan asılı olaraq dəyişə bilər. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində müvafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir.

- Erkən yaşda baş verən hamiləliklərin və doğuşların hansı riskləri var?
- Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu, gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onda doğuş baş verdikdə adətən doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili, yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rast gəlinir. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova