“Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər”

“Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər”

Bakıda bu mövzuda beynəlxalq elmi-praktik konqres keçirilib


“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil olunur. Bunlardan daha biri – nazirliyin Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda beynəlxalq elmi-praktik konqres keçirilib.
Tədbirin açılış mərasimində Səhiyyə Nazirliyinin, Milli Məclisin Səhiyyə komitəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbər işçiləri, həmçinin Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.
Səhiyyə naziri Teymur Musayevin adından tədbir iştirakçılarını salamlama müraciəti oxunub.
ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ETKİ-nin tarixi yoluna nəzər salıb və görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru beynəlxalq konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, konqresin əhəmiyyətindən danışıblar.
Dörd yüzə yaxın həkimin iştirakı ilə keçirilən beynəlxalq konqresdə kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb. Həmçinin konqres çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.
Beynəlxalq elmi-praktik konqres Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 23 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova