Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətdə fərqlənənləri təltif etdi

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətdə fərqlənənləri təltif etdi

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq Əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənənlər, eyni zamanda, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə və 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif ediliblər.
Bununla əlaqədar iyunun 17-də Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinə mükafatların təqdimat mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, müxtəlif ixtisaslar üzrə təsis olunan peşə bayramları həmin sənətin sahiblərinə cəmiyyətin və dövlətin yüksək dəyər verməsinin göstəricisidir: “Bu baxımdan, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən, Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ümummilli Lider Heydər Əliyevin hədiyyəsidir”.
Nazir 105 illik bir dövrdə Azərbaycan səhiyyəsinin şərəfli və çətinliklərlə dolu bir yol keçdiyini qeyd edib: “Bu müddət ərzində həm müharibələr, həm epidemiya və pandemiyalar zamanı səhiyyəmiz öz hazırlıq və cavab imkanlarını yüksək peşəkarlıq səviyyəsində nümayiş etdirib”.
Səhiyyə naziri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib. Tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərərək, zəlzələdən zərər çəkmiş vətəndaşlara tibbi yardım göstəriblər.
Teymur Musayev qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilməkdədir.
Tədbirin sonunda səhiyyə naziri Teymur Musayev bir qrup tibb işçisinə fəxri fərmanları təqdim edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova